Accessibility links

Vladimir Putin prezident seçkilərində qalib gələcəyindən əmindir


Rusiyanın baş naziri Vladimir Putin bazar günü keçiriləcək prezident seçkilərində qalib gələcəyinə əmin olduğunu deyib. Bu gün Moskvada bir qrup xarici jurnalistlə görüşü zamanı cənab Putin deyib ki, dekabr ayında parlament seçkiləri zamanı anti-Putin etiraz nümayişləri Rusiya üçün yaxşı təcrübədir.

Cənab Putin Vahid Rusiya partiyasının dekabr seçkilərində kütləvi saxtakarlıqlar nəticəsində qalib gəldiyi ittihamları rədd edib.

Keçən ilin dekabr ayında parlament seçkiləri zamanı Vladimir Putinə qarşı etiraz nümayişlərində on minlərlə insan iştirak etmişdi.




XS
SM
MD
LG