Accessibility links

Vladimir Putin Rusiyanın siyasi sistemində dəyişikliklər edilməli olduğunu deyir


Vladimir Putin Rusiyanın siyasi sistemində dəyişikliklər edilməli olduğunu deyir

Vladimir Putin Rusiyanın siyasi sistemində dəyişikliklər edilməli olduğunu deyir

Rusiyaya üçüncü dönəm prezident seçilmək istəyən baş nazir Vladinir Putin rusiyalıların ölkənin siyasi sistemində dəyişikliklər edilməsini istədiyini deyib. Bu gün Kommersant qəzetində dərc edilən məqalədə cənab Putinin Rusiya hökumətinin xalqın etdiyi tələblərə cavab vermədiyini etiraf etdiyi deyilir.

Cənab Putin Rusiyada vətəndaş cəmiyyətinin "daha aktiv, daha tələbkar və daha cavabdeh" olduğunu və hökumətin xalqın bu artan fəaliyyətinə cavab verməli olduğunu deyib. Bütün bunlara baxmayaraq Vladimir Putin heç bir xarici modelin qəbul edilə bilməyəcəyini, ölkənin güclü mərkəzi federal hökumət tərəfindən idarə olunmalı olduğunu bildirib.

Məqalə şənbə günü on minlərlə insanın əllərində "Putinsiz Rusiya" olan şüarlarla nümayişə çıxmasından sonra dərc edilib.

XS
SM
MD
LG