Accessibility links

Vladimir Putin seçki kampaniyası aparır

  • Amerikanın səsi

Vladimir Putin seçki kampaniyası aparır

Vladimir Putin seçki kampaniyası aparır

Rusiya baş naziri Vladimir Putin üçüncü dönəm prezidentlik uğrunda kampaniyasını davam etdirir. Bu arada müxalifət tərəfdarları onun namizədlyinə qarşı aksiya keçiriblər.

Başqa Rusiya adlı müxalifət qrupunun nümayəndələri anti-Putin şüarlar səsləndiriblər. Onlar “Biz diktaturanı dayandıracağıq!” və “Rusiya azad olacaq!” kimi şüarlar hayqırıblar.

Ruslar dekabrda keçirilən parlament seçkilərindən bəri etiraz aksiyaları keçirirlər. Müxalifət hakim partiyanı seçkiləri saxtalaşdırmaqda ittiham edir.

Cənab Putin dünən kampaniya təmsilçiləri ilə görüşüb və qurultay zalında vətəndaşların suallarını cavabalandırıb. O, deyib ki, saxtakarlıqda ittiham olunan rəsmiləri avtomatik olaraq işdən çıxarmayacaq.

XS
SM
MD
LG