Accessibility links

Vladimir Putin Türkiyəyə səfər edib


Bu gün Türkiyə paytaxtı Ankaraya çatan Rusiya prezidenti Vladimir Putinin prezident Rəcəb Tayyip Ərdoğanla ticarət əlaqələri və regional məsələlər barədə danışıqlar aparması gözlənilir.

Türkiyə Almaniyadan sonra Rusiya təbii qazını ən çox alan ikinci ölkədir. Türkiyənin təbii qaz təchizatının təxminən 60 faizi Rusiyadan daxil olur. Rusiya həm də Türkiyənin ilk nüvə zavodunu inşa edəcək ölkədir.

Buna baxmayaraq Suriyada vətəndaş müharibəsi də daxil olmaqla, iki ölkədə arasında xarici siyasət sahəsində böyük fikir ayrılıqları mövcuddur. Rusiya Suriya prezidenti Bəşar Əl-Əsədin yaxın müttəfiqi olsa da, cənab Ərdoğan Suriya liderinin hakimiyyətdən devrilməsinin tərəfdarıdır.

Türkiyə habelə Rusiyanın Krımı ilhaqının əleyhinə çıxır, eləcə də Krım Tatarlarına qarşı münasibətdən narahatlıq ifadə edir.

Həm cənab Putin, həm də türk həmkarı öz ölkələrində avtoritar idarəçiliyə görə tənqidlərlər üzləşir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG