Accessibility links

Vladimir Putinin on minlərlə tərəfdarı bu gün Moskva küçələrinə çıxıb

  • Amerikanın səsi

Vladimir Putinin on minlərlə tərəfdarı bu gün Moskva küçələrinə çıxıb

Vladimir Putinin on minlərlə tərəfdarı bu gün Moskva küçələrinə çıxıb

Rusiya baş naziri Vladimir Putinin on minlərlə tərəfdarı bu gün Moskva küçələrinə çıxıb. Kütlə Moskva çayı boyunca yürüş etdikdən sonra liderin çıxışını dinləmək üçün Lujniki stadionu yaxınlığına toplaşıb. Fransa xəbər agentliyi məlumat verib ki, cənab Putin izdihamlı kütlə qarşısında martın 4-dü keçiriləcək prezident seçkilərində zəfər çalacağını deyib. Daha sonra o, kütləyə müraciət edərək onlardan qələbə çalacağını soruşub. Kütlə onun sualına “bəli” cavabı verib.

Yürüş və mitinq son aylarda Putinə qarşı keçirilən etiraz aksiyalarına cavab mahiyyəti daşıyıb. Hökumət əleyhinə etiraz aksiyaları Vahid Rusiya partiyası dekabr ayında parlament seçkilərində qələbə çaldıqdan sonra vüsət alıb. Müxalifət qrupları və beynəlxalq müşahidəçilər səsvermə nəticələrinin saxtalaşdırıldığını iddia edirlər.

XS
SM
MD
LG