Accessibility links

Rusiya prezidenti Vladimir Putin birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana səfərə gəlib.

AZƏRTAC agentliyinin məlumatına görə, Bakı aeroportunda Rusiya prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıb.

Putinin rəsmi görüşlərinin iyunun 13-də olacağı gözlənilir.

XS
SM
MD
LG