Accessibility links

Vladimir Putin: "Cənab Medvedevlə Liviya məsələləri barədə demək olar ki, eyni mövqeyə malikik"


Vladimir Putin: "Cənab Medvedevlə Liviya məsələləri barədə demək olar ki, eyni mövqeyə malikik"

Vladimir Putin: "Cənab Medvedevlə Liviya məsələləri barədə demək olar ki, eyni mövqeyə malikik"

Rusiya baş naziri Vladimir Putin Liviyada beynəlxalq kampaniya ətrafında prezident Dmitri Medvedevlə fikirayrılığının olması iddialarını rədd edib. Sloveniyaya səfəri zamanı cənab Putin jurnalistlərə açıqlamasında deyib ki, o və cənab Medvedev Liviya məsələləri barədə demək olar ki, eyni mövqeyə malikdir, ancaq Rusiyanın xarici siyasətini müəyyən edən şəxs prezidentdir. Cənab Putin BMT-nin Liviyaya qarşı dəstəklədiyi hava hücumlarını “Orta əsrlərin səlib yürüşü” kimi təsvir etmişdi. Ölkə prezidenti isə bu fikirləri qəbuledilməz adlandırmışdı.

Bu arada Rusiya baş nazirinin Sloveniya və Serbiyaya səfəri Balkan ölkələrindən keçəcək Cənub Axını boru xətti layihəsinin tətbiqi qarşısındakı son fikir ayrılıqlarını aradan qaldırmaq məqsədi daşıyır.

XS
SM
MD
LG