Accessibility links

Vladiqafqazda intiharçı hücumu hazırlamaqda şübhəli bilinən şəxs həbs edilib


Vladiqafqazda intiharçı hücumu hazırlamaqda şübhəli bilinən şəxs həbs edilib

Vladiqafqazda intiharçı hücumu hazırlamaqda şübhəli bilinən şəxs həbs edilib

İtar-Tass bu gün başqa şübhəli şəxslərin vəziyyəti barədə məlumat verməyib

Rusiyanın İtar-Tass xəbər agentliyi bildirir ki, sentyabr ayında Vladiqafqazda 18 nəfəri öldürən və bir neçə insanı yaralayan intiharçı hücumu hazırlamaqda şübhəli bilinən şəxs İnquşetiyada həbsə alınıb. Hesabat İnquşetiyanın Federal Təhlükəsizlik Xidmətinə istinadən, şübhəli şəxsin 29 yaşlı Yusup Canqiyev olduğunu bildiriblər. Hesabatda deyilir ki, o kənd yaşayış məntəqəsində qaçmağa cəhd edərkən saxlanılıb. Oktyabr ayında hüquq-mühafizə orqanları hücumda şübhəli bilinən beş nəfəri müəyyən ediblər, və onların axtarışda olan çeçen komandiri Doku Umarov tərəfindən idarə edilən banda ilə əlaqədə olduğunu aşkar ediblər. İtar-Tass bu gün başqa şübhəli şəxslərin vəziyyəti barədə məlumat verməyib. Sentyabr ayının 9-u açıq bazarda törədilmiş partlayışın ardınca prezident Dmitri Medvedev və baş nazir Vladimir Putin hücuma məsuliyyət daşıyan şəxsləri tapacaqlarını vəd ediblər. Eyni bazarda 1999-cu ildə baş vermiş partlayışda 50 nəfər həlak olub.

XS
SM
MD
LG