Accessibility links

ABŞ prezidenti Barak Obama Amerikanın səsini təbrik edib

  • Amerikanın səsi

Prezident Obama Amerikanın səsinin missiyası və naliyyətlərini yüksək qiymətləndirib

ABŞ prezidenti Barak Obama Amerikanın səsini 70 illik yubileyi münasibətilə təbrik edib. Martın 7-də Amerikanın səsində keçirilən təntənəli mərasim zamanı cənab Obamanın video mesajı çatdırılıb.

Prezident Obama təbrik mesajında Amerikanın səsinin işinə yüksək qiymət verib. O deyib ki, Amerikanın səsi xarici ölkələrin hökumətlərinin senzura tətbiq edib, universal insan hüquqlarını pozduğu bir şəraitdə Amerikanın dəqiq və obyektiv xəbərlərini çatdırır.

ABŞ prezidenti Amerikanın səsinin işi sayəsində Birləşmiş Ştatların daha güclü, dünyanın isə daha ədalətli olduğunu deyib.

Amerikanın səsinin 70 illik yubileyi münasibətilə ABŞ Dövlət katibi Hillari Klinton, Tibetin dini lideri Dalay Lama, Birmada demokratiya uğrunda mübariz, müxalifət lideri Au Sanq Su Çi də təbrik mesajlarını çatdırıb. Tibetin dini lideri Dalay Lama deyib ki, Amerikanın səsinin Tibet servisi qərəzsiz informasiyanın çatdırılmasında əvəzsiz rol oynayıb.

XS
SM
MD
LG