Accessibility links

Amerikanın səsinin 70 yaşı tamam olur

  • Amerikanın səsi

Amerikanın səsinin 70 yaşı tamam olur

Amerikanın səsinin 70 yaşı tamam olur

"Xəbərlər yaxşı, ya da pis ola bilər. Biz sizə həqiqəti deyəcəyik."

ABŞ-ın yayım şirkəti olan Amerikanın səsi 70 illiyini qeyd edir.

Amerikanın səsinin ilk verilişi 1942-ci il fevralın 1-də Yaponiyanın Pörl Harboru bombardman etməsi və Birləşmiş Ştatların İkinci Dünya müharibəsinə qoşulmasından iki ay sonra efirə çıxmışdır.

Alman dilində danışan amerikalı jurnalist Vilyam Harlan Heyl Nyu-Yorkdakı studiyadan qısa dalğalardan yayımlanan verilişi bu sözlərlə başlayıb. “Bu, Amerikanın səsidir. Hər gün bu vaxt biz Amerika və müharibə haqda danışacayıq. Xəbərlər yaxşı, ya da pis ola bilər. Biz sizə həqiqəti deyəcəyik.”

Amerikanın səsinin direktoru Deyvid Enzor bu sözlərin bu günə qədər öz əhəmiyyətini itirmədiyini deyib.

Amerikanın səsinin 70 illiyi münasibətilə tədbirdə danışan Deyvid Enzor deyib ki, beynəlxalq yayım agentliyi İran kimi qapalı cəmiyyətlərdə insanlara informasiyanın çatdırılması üçün aktiv şəkildə irəliyə doğru getməyə davam edəcək.

1942-ci ildən bəri Amerikanın səsi hər həftə təxminən 141 milyon insana məlumat çatdıran multi-media xəbər təşkilatına çevrilib. Amerikanın səsi radio, televiziya və internet vasitəsilə dünyanın 43 dilində proqramlar yayımlayır.

XS
SM
MD
LG