Accessibility links

Veteran jurnalist Deyvid Ensor Amerikanın səsinin yeni direktoru təyin edilib

  • Amerikanın səsi

Veteran jurnalist Deyvid Ensor Amerikanın səsinin yeni direktoru təyin edilib

Veteran jurnalist Deyvid Ensor Amerikanın səsinin yeni direktoru təyin edilib

ABŞ-ın Yayım Şurası veteran jurnalist Deyvid Ensoru Amerikanın səsinin direktoru vəzifəsinə təyin edib. Yayım Şurasının sədri Valter Aysaaksonun bu gün açıqladığı bəyanatda deyilir ki, son iki aydır müşahidə edilən demokratik hərəkatlar dünyanın hər yerində insanların hüquq və imkanlarının artırılması naminə azad informasiya axınının olduqca böyük əhəmiyyət kəsb etdiyini nümayiş etdirdi. Valter Aysaakson bildirib ki, Deyvid Ensor Amerikanın səsinin keyfiyyətli jurnalistika, eyni zamanda Amerika və onun siyasətinin açıq şəkildə təqdim edilməsi kimi missiyasına rəhbərlik etmək üçün bu vəzifəni tutmağa tam layiqdir. Deyvid Ensor 30 ildən artıq bir müddətdə televiziya və radio xəbər şirkətlərində xarici siyasət məsələlərini işıqlandırıb. O, ABC və CNN şirklərində çalışıb, Vaşinqtonda Milli İctimai Radio-da işləyib. Vəzifəsinin icrasına iyun ayında başlayacaq Deyvid Ensor hazırda ABŞ-ın Kabildəki səfirliyində ictimai əlaqələr və ictimai diplomatiya şöbəsinə rəhbərlik edir. O, 2006-cı ildən Amerikanın səsinin direktoru olan Danford Ostini bu vəfizədə əvəz edəcək.

XS
SM
MD
LG