Accessibility links

Amerikanın Səsi: Jurnalistlərimizə qarşı hücumlar dözülməzdir!


İyunun 8-də Amerikanın Səsinin iki jurnalisti Türkiyədə peşə fəaliyyətlərini həyata keçirərkən hücuma məruz qalıb.

Amerikanın Səsinin Türk redaksiyasının müxbiri Mahmud Bozarslan bomba hücumunun törədildiyi Midyat bölgəsində video çəkiliş apararkən bir qrup gənc ondan çəkilişi dayandırmağı tələb edib. Onlar Bozarslanın kamerasını qırmaqla yanaşı, özünə də ağır xəsarətlər yetirib. Jurnalist müxtəlif dərəcəli baş və bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Biz jurnalistlərimizə qarşı zorakılıqlara dözməyəcəyik.

VOA Kürd redaksiyasının müxbiri Xədicə Kamer də bombanın partladıldığı ərazidə çəkiliş aparan zaman bir qrup kişi tərəfindən çəkilişin dayandırılması tələbi ilə üzləşib. Bu tələbi rədd edən Xədicə Kamer Amerikanın Səsinin müxbiri olduğunu bildirib. Bu zaman naməlum şəxslər ona daş ataraq hücum edib. O, baş və bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

"Amerikanın Səsinin jurnalistlərinə hücum qəbuledilməzdir. Biz müxbirlərimizə qarşı zorakılıqları sərt şəkildə qınayırıq. Türkiyə hökumətindən bu şəxslərin ədalət qarşısında cavab verməsini və Türkiyədə işləyən bütün jurnalistlərin təhlükəsizliyinin təminat altına alınmasını tələb edirik" - deyə Amerikanın Səsinin direktoru Amanda Bennett bildirib. Xanım Bennettin sözlərinə görə, bu təhdidlər Amerikanın Səsini həqiqəti çatdırmaq missiyasından yayındıra bilməz.

"Beynəlxalq Yayım Şurası Türkiyə rəsmilərini bu hücumla əlaqədar qanunları icra etməyə çağırır," deyə şuranın Baş İcraçı Direktoru Con Lansinq bəyan edib. Türkiyə xalqı etibarlı xəbərlərə müdaxiləsiz çıxış hüququna layiqdir. Biz jurnalistlərimizə qarşı zorakılıqlara dözməyəcəyik."

Kamer və Bozarslan Suriya ilə sərhəd Midyat şəhərində polis məntəqəsinin qarşısında baş vermiş bomba partlayışı barədə reportaj hazırlayırdı. Partlayış zamanı bir polis əməkdaşı və iki mülki mülki vətəndaş həlak olub. Hücuma görə kürd yaraqlılarını ittiham edən Türkiyə baş naziri Binəli Yıldırım daha 30 nəfərin yaralandığını bildirib.

XS
SM
MD
LG