Accessibility links

Beynəlxalq Cinayət Məhkəməsi Voislav Şeşelə bəraət verib


Birləşmiş Millətlərin müharibə cinayətləri məhkəməsi Serbiyanın ultramillətçi lideri Voislav Şeşeliyə 1990-cı illərdə Balkan müharibələri zamanı müharibə və bəşəriyyətə qarşı cinayət cinayət ittihamlarını rədd edərək ona bəraət qazandırıb.

61 yaşlı Şeşeliyə qarşı Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin prokurorları tərəfindən 9 ittiham irəli sürülüb. Bunlara Yuqoslaviyanın dağılması ilə yaranan etnik müharibələr zamanı törədilən qətl, işgəncə və təqiblər daxildir.

Məhkəmə iclasına hakim Jan-Klod Antonetti sədrlik edib.

Hökm oxunanda Şeşeli məhkəmə zalında olmayıb. O, Beynəlxalq Cinayət Məhkəməsinə 2003-cü ildə təslim edilib, lakin 2014-cü ilin noybarında qara ciyər xərçəngindən müalicə olunmaq üçün məhkəmə onun Serbiyaya geri dönməsinə icazə verib.

O, daha sonra məhkəmənin qərarını dinləmək üçün Haaqaya dönməkdən imtina edib və bu ayın əvvəli itaətsizlik göstəricisi olaraq Belqradda məhkəmə önündə Avropa İttifaqı və NATO-nun bayraqlarını yandırıb.

Şeşeli ultra-sağçı Serbiya Radikal Partiyasının lideri kimi növbəti parlament seçkilərində iştirak etməyi planlaşdırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG