Accessibility links

“Voll Striti tutun” hərəkatı Asiya ölkələrində də dəstək əldə edib

  • Amerikanın səsi

“Voll Striti tutun” hərəkatı Asiya ölkələrində də dəstək əldə edib

“Voll Striti tutun” hərəkatı Asiya ölkələrində də dəstək əldə edib

“Voll Striti tutun” hərəkatı Asiya ölkələrində də dəstək əldə edib. Bu gün Hong Kongda əksəriyyəti tələbə olmaqla 20-dən artıq insan şəhərin maliyyə mərkəzinə toplaşıb.

Tokio, Seul və Taypeydə də etiraz aksiyaları keçirilib. Tokioda 300-ə yaxın adam Fukuşima AES-nın qərargahı qarşısında yürüş keçirib.

Çində isə heç bir aksiya keçirilməyib. Dövlət mediası aksiyaları kapitalizmin qüsuru kimi qiymətləndirib.

”Voll Striti tutun” keçən aydan etibarən Nyu-Yorkda başlayıb. Romada nümayişlər zorakılıqlarla müşayiət edilib. Yüzlərlə maskalı insan bank və mağazaların şüşələrini daş və butulkalarla sındırıb. 70-dən artıq adam xəsarət alıb.

Londonda Müqəddəs Pavel meydanı yaxınlığında etirazçılar düşərgə qurub.

Amerikanın Şikaqo şəhər parkında çadır düşərgəsi salan 175 adam həbs edilib.

Nümayişçilər korporasiyalar əlehinə çıxış edərək, iqtisadi qeyri-mütənasibliyə etiraz edir.

XS
SM
MD
LG