Accessibility links

ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi bu avtomobillərin havaya 40 faiz daha çox çirkli tullantılar atdığını bildirir

Almaniyanın Volksvagen avtomobil şirkəti ABŞ-ın emissiya testlərinin saxtalaşdrılmasına yol verdiyini etiraf etdikdən sonra Fransanın maliyyə naziri bütün ölkə boyu avtomobillərin emissiyaları ilə bağlı təhqiqat aparılmasını istəyib.

Çərşənbə günü avtomobil istehsalçısı dizellə işləyən 11 milyon avtomobilin kompyuter sistemindəki problemi həll etmək üçün 7,3 milyard dollar pul ayırdığını açıqlayıb. Avtomobillərdə quraşdırılmış proqram havanın çirklənməsinə nəzarəti sistemini emissiya testləri zamanı işə salıb, maşın sürüldüyü zaman söndürür.

ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi bu avtomobillərin havaya 40 faiz daha çox çirkli tullantılar atdığını bildirir. Agentlik Birləşmiş Ştatlardan bu proqramdan istifadə edən 500 min Volksvagen avtomobilini geri çağırıb. Saxtalanşdırılmış avtomobilləri təmir etməklə yanaı, Volksvagen şirkətini 18 milyard dollaradək cərimə gözləyir.

ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı cinayət işinə başlanacağını açıqlayıb. Cənubi Koreya da təhqiqata başlayacağını bildirib və məsələni müzakirə etmək üçün Volksvagen rəsmilərini Seula çağırıb.

Volksvagenin baş icraçısı Martin Uinterkorn müştəriləri aldatdıqları üçün üzr istəyib, həmin avtomobillərlə bağlı təhqiqatla əməkdaşlıq aparılacağını bildirib.

ABŞ-ın Ətraf Mühiti Müdafiə Agentliyi bu avtomobillərin havaya 40 faiz daha çox çirkləndiricilər buraxdığını deyir

XS
SM
MD
LG