Accessibility links

”Voll Striti tutun” hərəkatı qlobal miqyasda yayılmağa başlayıb


”Voll Striti tutun” hərəkatı qlobal miqyasda yayılmağa başlayıb
”Voll Striti tutun” hərəkatı qlobal miqyasda yayılmağa başlayıb

Keçən ay Nyu-Yorkda başlanan ”Voll Striti tutun” hərəkatı qlobal miqyasda yayılmağa başlayıb. Asiya və Avropa ölkələrində genişmiqyaslı aksiyalar keçirilir. Dünən minlərlə insanın iştirakı ilə dinc yürüş keçirilib.

Lakin Romada zorakılıqlar baş verib. Yüzlərlə maskalı insan bank və mağazaların şüşələrini daş və butulkalarla sındırıb. 70-dən artıq adam xəsarət alıb.

İtaliyanın baş naziri Silvio Berluskoni zorakılıqları sivil cəmiyyət üçün narahatedici fakt adlandırıb. Roma şəhərinin meri təmir xərclərinin 1.4 milyon dollar təşkil etdiyini bildirib.

Londonda Müqəddəs Pavel meydanı yaxınlığında etirazçılar düşərgə qurub.

Amerikanın Şikaqo şəhər parkında çadır düşərgəsi salan 175 adam həbs edilib.

Nümayişçilər korporasiyalar əlehinə çıxış edərək, iqtisadi qeyir-mütənasibliyə etiraz edir.

XS
SM
MD
LG