Accessibility links

“Voll Striti tutun” hərəkatının həbs edilən 30 üzvü bu gün azad edilib


“Voll Striti tutun” hərəkatının həbs edilən 30 üzvü bu gün azad edilib
“Voll Striti tutun” hərəkatının həbs edilən 30 üzvü bu gün azad edilib

Tennessi ştatının Neşvil şəhərində “Voll Striti tutun” hərəkatının həbs edilən 30 üzvü bu gün azad edilib. Onlar kommendant saatını pozmaq ittihamı ilə nəzarət altına alınmışdı.

Kaliforniyanın Okland şəhərində başından polis dəyənəkləri ilə zərbə alan İraq müharibəsi veteranı Skot Olsonun vəziyyətinin normallaşdığı bildirilir.

Oklandin meri Cean Quan zorakılıqlara görə təssüffünü bildirərək, polisin gücdən istifadə etməsinin araşdırıldığını deyib.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

XS
SM
MD
LG