Accessibility links

Rusiya rəsmiləri deyir ki, bazar günü və dünən Volqoqrad şəhərində baş verən iki intiharçı hücumu nəticəsində daha 3 nəfər həlak olub. Bununla da ölənlərin 34-ə çatıb.

Hücumların məsuliyyətini heç kəs öz üzərində götürməyib.

Rusiya rəsmiləri Volqoqrad və ətraf ərazilərdə bomba xəbərdarlıqları səbəbilə təhlükəsizlik təsbirlərini artırıb.

Dünənki intiharçı hücumu sərnişin trolleybusunda baş verib və 14 nəfərin ölümü ilə nəticələnib. Rəsmilər sərnişinlə dolu trolleybusdakı bomba partlayışı zamanı 30 nəfərə yaxın insanın yaralandığını, yaxınlıqdakı binaların pəncərələrinin sındığını bildirib.

Bazar günü Volqoqrad dəmir yol vağzalında həyata keçirilən intiharçı hücumu isə 18 nəfərin həyatına son qoymuşdu.

Bomba hücumları Volqoqrad şəhərindən 650 km-lik məsafədəki Soçi şəhərində keçiriləcək Qış Olimpiada Oyunlarının başlamasından bir neçə həftə əvvəl həyata keçirilib. Bundan əvvəl İslamçı yaraqlılar Qış oyunlarını pozmaqla təhdid etmişdilər.
XS
SM
MD
LG