Accessibility links

Volt Disney diplomat kimi (video)


1941-ci il avqustun 17-si Volt Disney, onun həyat yoldaşı və həmkarları Rio de Janeyra hava limanında pərəstişkarları tərəfindən qarşılanır

1941-ci il avqustun 17-si Volt Disney, onun həyat yoldaşı və həmkarları Rio de Janeyra hava limanında pərəstişkarları tərəfindən qarşılanır

“Walt and El Grupo” sənədli filmi rəssamların fırça ilə apardığı diplomatik missiyadan danışır

Miki Maus və Donald Dak bizə Mərhum Cizgi filmi rejissoru Volt Disneydən qalır. O, 1938-ci ildə ilk dəfə olaraq uzunmetrajlı cizgi filmi - Snow White-ı buraxıb. On illər boyu Disneyin əyləncə imperiyası böyüyərək televiziya şəbəkəsindən tutmuş parklara kimi bir çox yenilikləri özünə daxil etdi. Bu gün isə sizə Disney tarixinin naməlum səhifəsini açan yeni sənədli film haqda məlumat veririk. Disney diplomat kimi.

1941-ci ildə Dövlət Departamenti məşhur Volt Disneyi 10 günlük xoşməramlı missiya ilə Latın Amerikasına göndərib.

ABŞ hələ o zaman müharibədə müttəfiqlərinə qoşulmamışdı. Ancaq Nasizm təsirinin Amerika ölkələrində genişlənməsi təhlükəsi var idi.

Disney maliyyə problemlərini və cizgi filmi rejissorlarının tətilinə əhəmiyyət vermədən səfəri həyata keçirdi: “Bizim banka 4.5 milyon dollar borcumuz vardı. O zaman bütün dünya dağılırdı. Mən də praktiki olaraq öz istehsalatımı dayandırdım”.

Kino-rejissor Ted Tomas Disney Volt Ailə Fondu tərəfindən hazırlanan “Walt and El Grupo” sənədli filmində bu səfərə yenidən nəzər salır.

Disney artıq Latın Amerikasında məşhur idi. Qrup Amerikanı yaxşı tərəfdən təmsil etməli və ABŞ üçün dost qazanmalı idi. Onlar 5 ölkədə incəsənət xadimləri və dövlət başçıları ilə görüşür. Ted Tomas:
- Getdikləri hər yerdə elə bir atmosfer yaranırdı ki elə bil, rok ulduzları gəlir. Yüzlərlə insan aeroportlarda onları qarşılayırdı.

Disney qəhrəman kimi qarşılanırdı. Onların komandası getdikləri hər yerdə ev sahiblərini heyrətləndirirdi. Cizgi Film müəllifləri səfər zamanı yeni ideyalar əldə edirlər. Bu, qrupun qitəyə səfərinin marağını daha da artırır.

Tomas deyir ki, Meri Bleyer də sambaya məftun olmuşdu: “Bu səfər onun stilinin tamamilə dəyişməsinə səbəb olmuşdu və o, artıq yalnız Disneydə deyil bütün Birləşmiş Ştatlarda ən ruhlandırıcı rəssamlardan birinə çevrilmişdi”.

“Walt and El Grupo” rəssamların fırça ilə apardığı diplomatik missiyadan danışır. Tomasın sözlərinə görə, Disney və onun komandası Vaşinqtonun ümid etdiyi “ABŞ-a xoşməramlı münasibət” göstərilməsinə nail ola bilmişdi.

Animasiya üzrə təhsil alan Sidney Mara sənədli filmin Baltimorda Merilend İnstitut Kollecində keçirilən təqdimatında iştirak edib: “Bu onun sənət əsərlərinin təbliği deyil. Bu, başqalarının əleyhinə olmaq deyil, daha çox müsbət mesaj göndərmək mahiyyəti daşıyırdı. Bu, başqalarının birləşdirmək missiyası idi”.

Tomas ümid edir ki, sənədli film kino həvəskarlarına yaradıcı bacarıq və siyasi xoş məramlılığın inkişafına kömək edən qeyri-adi bir mədəni mübadilə üsulunu təqdim edəcək.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG