Accessibility links

Kür Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru barəsində iki aylıq həbs qəti imkan tədbiri seçilib.

Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsi vətəndaş cəmiyyətləri tərəfindən pislənməkdə davam edir.

Cənab Gülalıyev bu il aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində daşqınlarla bağlı monitorinq apararkən polis tərəfindən saxlanılıb, 12 sutka inzibati həbs cəzasına məhkum edilib. Bundan sonra, yerli prokurorluq Oqtay Gülalıyev barəsində Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) maddəsi ilə cinayət işi qaldırıb və məhkəmənin qərarı ilə barəsində iki ay həbs qəti imkan tədbiri seçilib. Maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) və Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞAK) “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorunun həbsini vətəndaş cəmiyyətinə təzyiq kimi qiymətləndirir.

Cənab Gülalıyev 2010-cu ilin yazından Kür çayının daşması nəticəsində yaranan fəlakətin nəticələrinin aradan qaldırılmasında, bu hadisələrdə əziyyət çəkən insanların dövlət dəstəyi ilə təmin olunmasında fəal rol oynayıb. Daşqınlar nəticəsində 100 min hektardan çox sahə su altında qalıb, 20 min evə ziyan dəyib.

Qərargah maliyyə mənimsəmələri, korrupsiya və yerli icra orqanlarının yanlış tədbirləri ilə bağlı çoxsaylı faktları müəyyən edib. Minlərlə sakinə kompensasiyaların alınması, mənzillərin verilməsi və dövlətdən digər yardımların alınmasına hüquqi-texniki yardım göstərib.
“Son illər ərzində həmçinin “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi kimi daşqınlardan əziyyət çəkmiş insanlara büdcədən ayrılan 500 milyon dollaradək vəsaitin ədalətli şəkildə bölüşdürülməsinə ictimai nəzarətin təmin edilməsi, bu sahədə mövcud olan problemlərin, korrupsiya hallarını aşkara çıxarılması istiqamətində fəaliyyət göstərib. Sıralarinda 170-ə yaxın QHT-ni birləşdirən İctimai Birliklərin MSŞA Koalisiyası bəyan edir ki, bundan sonra “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı ilə daha yaxından əməkdaşlıq edərək qərargahın fəaliyyətinin daha da gücləndirilmsi yönündə və eyni zamanda Oqtay Güləliyevin azadlığı uğrunda ictimai dəstəyini əsirgəməyəcək”.

XS
SM
MD
LG