Accessibility links

Vüqar Bayramov: Azərbaycan təcili Ümumdünya Ticarət Təşkilatına daxil olmalıdır


Vüqar Bayramov: Azərbaycan təcili Ümumdünya Ticarət Təşkilatına daxil olmalıdır

Vüqar Bayramov: Azərbaycan təcili Ümumdünya Ticarət Təşkilatına daxil olmalıdır

Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) "Antikorrupsiya tədbirləri paketi" hazırlayıb Milli Məclisə və hökumətə təqdim edib.

Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) "Antikorrupsiya tədbirləri paketi" hazırlayıb Milli Məclisə və hökumətə təqdim edib.

Mərkəzin rəhbəri, iqtisad elmləri doktoru Vüqar Bayramov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, paket struktur, inzibati, maliyyə, sosial, ictimai və elektron hökumət istiqamətində təkliflərdən ibarətdir. “Sənəddə ticarət sahəsində korrupsiya ilə mübarizədə ayrıca bir paraqraf kimi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına təcili daxil olması zərurəti qeyd edilir”.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, idarəetmə sistemində islahatlar olmadan bu islahat paketinin həyata keçirilməsi səmərəsiz olar. "Ölkədə real siyasi plüralizm yaradılması məqsədi ilə siyasi sistemdə islahatlar zəruridir", - deyə o qeyd edib.

İSİM-in təşəbbüsləri bir sıra dövlət qurumlarının birləşdirilməsini, bir başqalarının müstəqilliyini nəzərdə tutur.

İSİM-in layihəsi hökumətin elan etdiyi korrupsiya ilə mübarizə, islahatlar keçirilməsi, şəffaflığın artırılması, dövlətin iqtisadi sahəyə müdaxiləsinin azaldılması üzrə elan etdiyi kampaniyaya kömək etməlidir.

İnam Plüralizmi Mərkəzinin rəhbəri Vahid Qazi deyib ki, islahatları korrupsiyaya cəlb edilməmiş şəxslər aparmalıdır.

Deputat Fazil Qəzənfəroğlu bildirib ki, idarəetmə sistemi və iqtisadi islahatlar üzrə təklifləri bir paketdə birləşdirib onu ictimaiyyət və deputatlar adından icra hakimiyyətinə təqdim edilməsini vacib sayır.

Xatırladaq ki, prezident İlham Əliyev antikorrupsiya kampaniyasına bu il yanvarın 15-də hökumətin müşavirəsində start verib.

XS
SM
MD
LG