Accessibility links

Vüqar Salamlı: Gənclər üçün seçkilərdə namizədlərin mesajları önəmlidir


Vüqar Salamlı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:13:40 0:00

ABŞ-da 2016-cı il prezident seçki ilinin ilk ən mühüm tədbirlərindən biri olan Ayova kokusu başa çatdıqdan sonra namizədlər və seçicilər Nyu Hempşir ştatında səsverməyə hazırlaşır. Prezidentliyə namizədlərin partiyalarından nominasiya alması üçün Ayovada keçirilən partiydaxili səsvermənin gedişi və nəticələri təhlilçilər və müşahidəçilərin hələ də müzakirə mövzudur. Demokrat partiyasından nominasiya almaq üçün yarışlarda öndə gedən keçmiş dövlət katibi Hillari Klinton Ayovada özünü sosialist demokrat adlandıran Vermont senatoru Berni Sanders tərəfindən olduqca gərgin rəqabətlə qarşılaşdı. Ayovada səsvermənin nəticələri iki namizəd arasında fərqin cüzi fərq olduğunu göstərdi.

Respublikaçılar partiyasında da səsvermə öndə gedən namizəd Donald Trampın deyil, Texas senatoru Ted Kruzun qələbəsi ilə nəticələndi. Florida ştatından senator Marko Rubionun üçüncü yerə çıxması isə çoxları tərifindən böyük təəccüblə qarşılandı.

Harvard universitetinin Kennedi İdarəçilik Məktəbinin magistr tələbəsi Vüqar Salamlı Amerikanın Səsinin “Amerika icmalı” proqramında ABŞ prezident seçkilərində namizədlərin kampaniyası, Ayova kokusunun nəticələri, sosial medianın kampaniyada rolu və gənclərin iştirakından danışıb.

Demokrat partiyasının favoriti və onun rəqibi

Vüqar Salamlının sözlərinə görə, seçki kampaniyasına başlayandan Hillari Klintonun ciddi rəqabətlə qarşılaşmayacağı ilə bağlı təəssürat yaranmışdı və kiçik dəstəklə və seçki platformasının əsasında sosial məsələləri qabartmaqla kampaniyaya başlamış senator Berni Sanders əvvəlcə bir o qədər də ciddi qarşılanmamışdı. “Bunun bir neçə səbəbi var idi. ABŞ hələ də çox siyasətçi hesab edir ki, çox kəskin sosia mesajlar vermək siyasətçi üçün riskli bir addımdır, çünki bu, birmənalı qarşılanmaya bilər. Berni Sandersin maliyyə dəstəyi ilə bağlı ciddi şübhələr var idi. O, seçki kampaniyası zamanı hədəfində tutduğu milyonçulardan dəstək almayacağını bildirirdi və təbii ki onlardan maliyyə dəstəyi almadıqda onun seçki kampaniyası çox limitli olacaqdı. Bu baxımdan heç kim düşünmürdü ki, Sanders kifayət qədər ciddi maliyyə dəstəyi qazana biləcək. Başqa bir məsələ də odur ki, Sanders heç vaxt özünü heç bir partiyanın üzvü kimi təqdim etməyib. Senator kimi vəzifəsinə də o, müstəqil namizəd kimi nail olmuşdu. Və bütün bunlara görə hamı düşünürdü ki, Sanders ciddi rəqib olmayacaq və Hillari Klinton nominasiya uğrunda yarışda qalib gələcək.”

Vüqar Salamlı deyib ki, sosial mesajlar əhəmiyyətli diskussiya mövzusuna çevrilib. “Bu müstəvidə olan insanlar Sandersin mesajlarını çox yaxşı anlamağa və onlara diqqət verməyə başladılar. Bir məqam odur ki, Hillari Klintonun kampaniyası dövründə onun rəqibsiz mübarizəyə qoşulmağından narahat olan insanlar Sandersi alternativ kimi görəndən sonra müəyyən qədər Sandersə meylli olmağa başladılar.”

Respublikaçıların seçki kampaniyası

Vüqar Salamlı Respublikaçılar partiyasından namizədlər arasında seçki kampaniyasnın dinamikasını şəhr edib:”Respublikaçıların kampaniyası uzun dövr Donald Trampın fiquru üzərində mərkəzləşmişdi. Çünki Tramp həddindəbn artıq çox diqqət qazanırdı. Trampın seçki kampaniyasını izləyən jurnalistlər bir neçə maraqlı məqamı araşdırıblar. Görüblər ki, Trampın dəstəyi onun immmiqrasiya ilə bağlı verdiyi sərt fikirlərlə bağlıdır. Bu da çox güman ki ABŞ-da son illər ərzində çox sayda insanın Amerikanın immiqrasiya siyasətini bəyənməməsindən irəli gəlir çox güman ki. Trampın ən böyüik uğuru onun media ilə necə rəftar etməyi bacarmağıdır. Onun dediyi sözlər mediada dayanmadan fırlanır və mediada Trampın adının digərlərindən qat-qat daha çox hallanmasını təmin edir. Və mediada kimin adı daha çox hallansa təbii ki ona diqqət daha çox artır. Bu da çox güman ki reytinqlərə öz təsirini göstərib. Amma Trampın kampaniyası ilə bağlı böyük bir sual var:Trampı dəstələyən insanlar həqiqətənmi gedib ona səs verəcəklərmi? Çünki onun auditoriyası adətən seçkilərdə fəal olmayan insanlardan ibarətdir. Ona görə hamı Ayovada kokusu gözləyirdi ki, əsl nəticəni görə bilsinlər.”

Gənclərin seçki prosesində fəallığı

Builki seçki kampaniyasını fərqləndirən əsas cəhətlərdən biri gənclərin seçkiyə marağının artmasıdır. Xüsusilə də demokrat senator Berni Sandersin seçki kampaniyasına gənclər arasında yüksək maraq müşahidə edilir. Vüqar Salamlı bunu son 10 ildə gənclər arasınd sosial dəyişiklərə meyllərin güclənməsi ilə izah edir."Sosial yönümlü siyasət, sosial yönlü dəyişikliklər bəzi çevrələrdə çox vacib hesab olunur və gənclər bu müzakirələrdədaha fəal iştirak edir."
Onun sözlərinə görə, sosial media seçki prosesində olduqca mühüm alətdir, lakin seçki prosesində namizədlərin verdiyi gənclər üçün önəmlidir. "Sosial media vacib olmaqla bərabər real seçiciləri cəlb etmək üçün verilən mesajlar, seçki tarixçəsi, siyasi karyera dövrü verilən mesajlar olduqca vacibdir.Bu baxımdan Sanders bəzi gənclərə nümunəvi namizəd kimi görünür. Gənclər onun namizədliyinin təsdiq olunması prosesində fəal iştirak edirlər. Bu proses yeni deyil, olub və davam edəcək. Sadəcə gənclər daha fəal təbəqə olduğundan bu seçki prosesində daha qabarıq görünür."

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG