Accessibility links

Vəkil Tərtər rayonunda saxlanılmış Vüqar Əliyevlə görüşə buraxılmır.

Vəkil Cavad Cavadov Facebook səhifəsində yazır ki, Tərtər rayonunda martın 10-da Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatla bağlı tutulanlardan biri Vüqar Əliyevin hüquqlarının müdafiəsi ilə bağlı martın 11-də mənimlə müqavilə bağlanılıb, həmin vaxtda Əliyevin saxlandığı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək orderimi təqdim edib hüquqlarını müdafiə etdiyim şəxslə görüşmək istədim. Lakin mənə bildirdilər ki, hələ müstəntiq təyin olunmayıb. Bundan sonra müqaviləni surətli poçtla yolladım (sənəd həmin gün BMCQMİ-nə çatmışdır), məhkəmə nəzarəti qaydasında müdafiə hüququnun pozulması, müdafiəçi kimi görüşməyimə imkan verilməməklə bağlı martın 11-də Nərimanov rayon Məhkəməsinə şikayət verdim. İstintaq orqanı dünən axşam müdafiəçi kimi mənə xəbər vermədən təqdimatla müraciət edib və Nərimanov rayon Məhkəməsi Vüqar Əliyev barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. Cinayət Məcəlləsinini 228.1. maddəsi - Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmək, - ilə ittiham elan edilib.

Bütün bunlara baxmayaraq martın 12-dəyenə də DİN-nin BMCQMİ-si Vüqar Əliyevlə mənim görüş verilməsində imtina edib. İstintaq orqanının bu davranışı Vüqar Əliyevin səhhəti və durumu, ona işgəncə ehtimallarına dair təbii şübhələr yaradır. Eyni zamanda Daxili İşlər Nazirliyinin mətbuatda gedən rəsmi açıqlaması Vüqar Əliyevin təqsirsizlik prezumsiyasının kobud şəkildə pozulmasıdır və bununla bağlı müdafiə tərəfi ayrıca məhkəməyə müraciət edəcək. Müdafiə tərəfi olaraq bu qanunsuzluqlara son qoyulmasını tələb edirəm”, vəkil bəyan edib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətinin birgə məlumatına görə, Tərtər rayonunda Azərbaycan vətəndaşlarını Suriyada gedən döyüşlərə cəlb edən şəxslər tutulub.

Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb olunmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Tərtər Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həmin dəstənin 4 üzvü - əvvəllər məhkum olunmuş Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev saxlanılıb.

Onların yaşadıqları mənzillərə baxış zamanı ümumilikdə 2 ədəd sandıqçası ilə birlikdə 1 avtomat, 800 qram partlayıcı maddə, alışdırıcıları ilə birgə 9 əl qumbarası, 170 ədəd patron, yayılması qanunla qadağan olunmuş xeyli sayda dini ədəbiyyat, disklər və digər maddi sübutlar götürülüb.

XS
SM
MD
LG