Accessibility links

Avropa Məhkəməsi ömürlük məhbusun şikayəti üzrə kommunikasiyaya başlayıb


Avropa İnsan Haqları Məhkəməsi ömürlük məhbus Vüqar ƏIliyevin şikayəti üzrə kommunikasiyaya başlayıb.

Bu barədə vəkil Əsabəli Mustafayev Facebook səhifəsində yazıb.

“Avropa Məhkəməsinə göndərdiyim 300 yaxın işlərin içərsində daha həssas yanaşdığım, araşdırılmasını səbirsizliklə gözlədiyim bir iş üzrə kommunikasiya başlanıb. Bu, Şəmkir rayonunun keçmiş icra hakimiyyəti başçısı Aslan Aslanovun oğlunu qətlə yetirilməsi ilə bağlı əsassız olaraq ömürlik azadlıqdan məhrum olunmuş Vüqar Əliyevin işidir. Ümüd edirəm ki, hökümət bu dəfə onun işinə ədalətlə baxılmasını təmin edəcək”, vəkil qeyd edir.

2003-cü ildə Vüqar Əliyev nişanlısı Lamiyə Quliyeva ilə birgə Şəmkir rayonunun keçmiş icra hakimiyyəti başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva 10 il həbs cəzasına məhkum edilib.

Cəza müddəti bitənə yaxın L.Quliyevanın cəzası Cinayət Məcəlləsinin 317-ci (nəzarətçi ilə kobud davranış) maddəsi ilə daha 5 il 6 ay artırılıb. Baş Prokurorluq cəzanın ağırlığı ilə bağlı hökmdən protest verib.

Lamiyə Quliyeva Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində 2014-cü ilin oktyabrında ana olub. O, 2105-ci ildə məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

O vaxt ictimai rəydə Vüqar Əliyevin də tezliklə azadlığa buraxılacağı fikri yer aldı. Lakin o hələ də həbsdədir.

XS
SM
MD
LG