Accessibility links

17 ölkənin üzv olduğu Suriyaya Beynəlxalq Dəstək qrupu Vyanada Suriyanın dalana dirənən sülh danışıqlarını gündəmə gətirib. Nümayəndələr atəşkəsin qüvvədə saxlanması və humanitar yardımlarla bağlı problemləri müzakirə edib.

Fevral ayının sonunda möhləti başa çatan atəşkəs Suriyada zorakılıqları ciddi şəkildə azaltsa da, çox az nailiyyət əldə edilib.

ABŞ və Rusiya öz nüfuzlarından istifadə edərək, sülh danışıqlarının başa çatdırılmasına çalışır. Hər iki ölkə Suriyaya Beynəlxalq Dəstək qrupunda yer alır.

Liviyanın yeni hökuməti və təhlükəsizlik qüvvələrinin üzləşdikləri problemlər də Viyanada toplaşan diplomatların diqqət mərkəzində olub. Ölkə 2011-ci ildə baş verən iğtişaşlar zamanı Müəmmar Qazzafinin öldürülməsindən sonra xaosla üzləşib.

Kerri və İtaliyanın xarici işlər naziri Paolo Gentiloninin başçılıq etdiyi görüşün məqsədi Liviyada stabilliyi bərqərar edə biləcək Milli Ahəng Hökumətini dəstəkləməkdir.

Vyana görüşündə Dağlıq Qarabağ məsələsi də müzakirə mövzusu olub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə naziri Arlem Dezir mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən görüşün yekunları ilə bağlı birgə bəyanat yayıb.

Sənəddə deyilir: "Bu gün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə naziri Arlem Dezir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Ermənistan və Azərbaycan prezidentləri Serj Sarqsyan və İlham Əliyevlə görüşüblər.

XS
SM
MD
LG