Accessibility links

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başa çatıb


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan

Prezidentlər görüşün nəticələri barədə mətbuata heç bir açıqlama verməyiblər

Noyabrın 19-da Vyanada Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevin görüşü günün ikinci yarısında başa çatıb.

Bu barədə Rusiyanın RİA-NOVOSTİ agentliyi məlumat yayıb.

Prezidentlər Palais Coburg otelini mətbuat üçün heç bir bəyanat vermədən tərk ediblər.
Görüşün yekunlarına görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanat verəcəyi gözlənilir.

Bu, iki il sonra iki ölkə prezidentinin ilk görüşü idi. Gözlənildiyi kimi, görüşdə tərəflər etimad tədbirlərinin möhkəmləndirilməsi və Qarabağ nizamlanması üzrə danışıqların bərpası məsələlərini müzakirə ediblər.

Bir müddət əvvəl Ermənistan tərəfi snayperlərin cəbhə xəttindən çəkilməsi zərurəti haqqında məsələ qaldırıb.

ATƏT MQ-nin həmsədri olan dövlət başçılarının bəyanatında isə hərbi bəyanatlara son qoymaq və xalqları sülhə hazırlamaq zərurəti vurğulanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG