Accessibility links

Vyetnam müharibəsindən 40 il sonra Vyetnam Kommunist Partiyasının başçısı ilə Birləşmiş Ştatlar prezidenti Barak Obama dünən Ağ Evin Oval ofisində yan-yana əyləşib. Bu, iki keçmiş düşmən ölkə arasında əlaqələrin irəliləyişinə işarədir.

Cənab Obama rəsmi Hanoyla Vaşinqton arasında münasibətlərin normalaşmasının 20-ci ildönümündə Birləşmiş Ştatlara ilk dəfə səfər edən baş katib Nquyen Fo Çonqu salamlayıb.

ABŞ prezidenti cənab Çonqla iki ölkə arasında insan haqları və dini məsələrə baxışda fərqliliklərindən danışdığını deyib.

İki lider Çinin iştirak etmədiyi, lakin ABŞ və Vyetnam da daxil edilməklə, onlarla ölkənin daxil olduğu Trans – Sakit Okean Tərəfdaşlığı məsələsini də müzakirə edib.

Əllərində baş katibin Birləşmiş Ştatlara səfərini pisləyən şüarlar olan Vyetnam mənşəli amerikalılar dünən Ağ Evin qarşısına toplaşaraq, demokratiya və jurnalistlərin azad edilməsinə dair şüarlar səsləndirib.

XS
SM
MD
LG