Accessibility links

Jurnalist vicdan məhbusu kimi tanınıb

Bu gün hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının işi üzrə proses davam edib.
Jurnalistlər məhkəmə icraçılarının hərəkətlərində yeni tendensiyaların olduğunu qeyd edib. Belə ki, onlar reportyorların məhkəmə zalına foto və videokamera gətirməsini qadağan edir. Qanunvericiliyə görə, yalnız sədrlik edən hakim çəkilişi qadağan etmək hüququna malikdir.
Vəkil Rəşid Hacılı həbsin digər həbs qətimkan tədbiri ilə dəyişdirilməsi və redaktorun zaminə buraxılması barədə vəsatət qaldırıb.
Həmçinin məhkəməyə ictimaiyyət nümayəndələrinə təzyiqlərin qarşısının alınması və Ə. Zeynallının saxtalaşdırılmış səsinin olduğu audiodiskin və onun iki mobil telefonunda olan şübhəli sms-lərin maddi sübutların siyahısından çıxarılması barədə müraciət daxil olub.
Hakim R.Allahverdiyeva vəsatətlərə baxmadan onları təmin etməyib.

Öz növbəsində, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev Turan bildirib ki, “siyasiləşdirilmiş tamaşa” göz önündədir. Hakimiyyət öz iradəsini zorla vətəndaş cəmiyyətinə qəbul etdirmək istəyir. Məhkəmə müdafiə tərəfinin bəyanatlarını nəzərə almır.
4 iddiaçının (Sabir Tarverdiyev, Elmar Vəliyev, Aydın Heydərov və Akif Məmmədov) adından şikayətlər bir şriftlə yığılıb və eyni kompüterdə çap edilib. Redaktorun günahını “sübut edən digər dəlillər” də siyasi hakimiyyətin xeyrinə saxtalaşdırılıb.
Onun fikrincə, bu cür proseslərdə jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri və xarici diplomatik korpusların təmsilçiləri daha çox olmalıdır.

Show comments

XS
SM
MD
LG