Accessibility links

Uoll Strit əleyhinə nümayişçilər Amerika və Kanada limanlarında aksiyalar keçirir


Uoll Strit əleyhinə nümayişçilər Amerika və Kanada limanlarında aksiyalar keçirir
Uoll Strit əleyhinə nümayişçilər Amerika və Kanada limanlarında aksiyalar keçirir

Korporasiyalar əleyhinə üç aydır davam edən etiraz hərəkatının bir hissəsi kimi yüzlərlə Uol Striti tutun aksiyasında iştirak edən nümayişçi ABŞ və Kanadanın qərb sahilindəki izdihamlı limanlara gedən yolları bağlayıb. Bazar ertəsi keçirilən nümayiş Oakland, Kaliforniya, Portlend və Oregonda bəzi terminallarında əməliyyatların qismən dayanmasına səbəb olub.

Portlandda yüzlərlə nümayişçi iki terminala girişində yük maşınlarının qarşısını alıb. Terminalın işçilərinin çıxmasına imkan verilməyib. Oaklandda yüzlərlə nümayişçi limana girişi tutduqdan sonra liman işçilərini və yükdaşıyanları təmsil edən Həmkarlar İttifaqı nümayəndələrini evə göndərib.

Beynəlxalq yükdaşıma şirkətinin həmkarlar ittifaqı 150, 200 işçisini evə göndərib. Bazar günü gecə heç kim işə gəlməyib. Adətən, gecə növbəsində 200 işçi işləyir.

Alyaskanın Ankoreyc, Kaliforniyanın Los Anceles və San Dieqo,Vaşınqton ştatında Sietl və Kanadanın Vankuver şəhərlərində də buna bənzər nümayişlər keçirilib.

Nümayişlərə “Wall Street Su Kənarında” adı verilib. Aksiyaların hədəfi Qoldmen Saks investisiya bankına məxsus gəmiçilik şirkəti olub.

XS
SM
MD
LG