Accessibility links

Uoll Strit və seçkilər [Video]


Uoll Strit və seçkilər
please wait

No media source currently available

0:00 0:02:43 0:00

2016-cı il ABŞ-da prezident seçkilərinə qatılan namizədlər partiyalarının təsdiqini əldə edəcəklərinə ümid bəsləyir. İqtisadiyyatın inkişafı seçkiqabağı kampaniyalarda mühüm yeri tutur. Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klinton maliyyə sektorunda böyük risklərin qarşısını almağa və nəhəng bankların iflasına mane olmaq üçün onların kiçik hissələrə parçalanmasına çağırır. Uoll Strit namizədlərin hansının biznes üçün əlverişli olduğunu izləyir.

Uoll Strit ticarətçiləri xəbər qırlığı çəkmir.

Qazanc mövsümü başlamaq üzrədir, əmtəə qiymətləri kəskin düşür, Çin iqtisadiyyatı zəifləyir, investorlar son 9 ay ərzində ilk dəfə olaraq sələm faizlərinin artacağını güman edir.

Bütün bunların arxa planında Amerikanın prezident seçkiləri yer alır. Ticarətçilərin buna dair öz fikirləri var. Stefen Guolfoyl Deep Value Execution şirkətinin əməkdaşıdır: “Karly Fiorina and Donald Tramp biznes aləmindən gəlir. Biznez dünyasından olmaq, biznesə yaxşı münasibət deməkdir. Heç olmasa başlanğıcda. Bu sahədə onlar daha səmərəli ola bilər."

Sabiq dövlət katibi, Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klinton bəzi dərman şirkətlərinin qiymətlərinə nəzarət etməklə, marketlərdə inkişafa nail olacağını deyib. Prinston Securities şirkətindən Ben Uillis: “Yarışlarda gördüyümüz yeganə mühüm iş Hillari Klintonun bio-texnologiyaya vurduğu zərərdir”.

Bio-texnologiyaya zərər Klintonun sentyabr ayında Tvitter hesabında yazdığı şərh olub: "Dərman marketlərində qiymətlərin manipulyasiyası ağlasığmaz dərəcədə yüksəkdir. Sabah bunun qarşısını alacaq planımı açılayacam"-deyə Klinton yazıb.

Bunun ardınca bio-texnologiya səhmləri 30 faiz dəyər itirib.

Donald Tramp rəy sorğularında respublikaçılar arasında öndə gedə bilər, lakin ticarətçilər onun xarakterindən o qədər də məmnun deyillər. Ben Ullis: “Donald Tramp təlxəkdir. Mən onunla üz-üzə danışmaqdansa, üzünə bir yumruq vurardım.”

Milyarder sahibkar Kevin O’Liri Trampı yaxşı bir biznesmen hesab edir. Lakin onun Ağ Evə sahib çıxması şansları zəifdir.“İnsanlar ondan məmnun deyil. Əgər Tramp növbəti mərhələyə keçib, siyasi müstəvidə hökumətində çalışmaq istədiyi insanları göstərsə, prezidentlik şansı arta bilər.”

O’Liri Trampın populist müsajları və qeyri-ənənəvi tərzinin ….. “Ənənəvi siyasətçilərin oyunlarına, aralarındakı didişmələrə zidd bir xəbərdarlıq ola bilər. Çünki son 8 il ərzində onlar yararsız olublar.”

Prezident yarışlarına start çoxdan verilməsə də, Uoll Striti “Biznes-Tramp-Siyasət” düşündürür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG