Accessibility links

20 yaşlı türk Vaşinqtondakı hücuma görə saxlanıb

Arcan Cetin, a Facebook photo of the suspected Washington mall shooter
Arcan Cetin, a Facebook photo of the suspected Washington mall shooter

ABŞ rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal-qərbində “Mall”-da baş vermis silahlı hücumla bağlı 20 yaşlı bir şəxs şübhəli qismində saxlanıb.

Vaşinqton ştatının Oak Harbor şəhərindən olan Arcan Çətin hadisənin baş verməsindən təxminən 24 saat sonra, dünən ələ keçirilib. O, tapılması istiqamətində güclü axtarış tətbirləri başlamışdı. Türkiyədən olan mühacir yanlışlıqla hücumdan sonra Meksika əsilli şəxs kimi təsvir edilmişdi. Hücumun motivi hələlik bəlli deyil.

Rəsmilər deyir ki, polis şerifi şübhəlinin Oak Harborda olmasına dair məlumat əldə edəndən sonra Çətini ələ keçirməyə müvəffəq olub.

Çətini saxlayan şerif bildirib ki, şübhəli ələ keçirilərkən “zombie kimi hərəkətlər” edirdi.

Cümə günü ABŞ-ın Vaşington ştatındakı ticarət mərkəzinə silahlı hücumdan sonra 5 nəfərin öldüyü bildirilmişdi.

Macy's mağazasında öldürülənlərin 4-ü qadın, 1-i kişidir. Qadınlar hadisə yerində, kişi isə xəstəxanada dünyasını dəyişib.

Kaskad ticarət mərkəzi Sietl şəhərindən 100 km-lik məsafədə yerləşir.

Şahidlərin dediyinə görə, insanlar atəş səsləri eşitdikdən sonra mağazanı təlaşla tərk etməyə başlayıb.

Polis bir neçə saat ərzində ticarət mərkəzini bütövlüklə boşaltdıqdan sonra axtarışa başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG