Accessibility links

Washington Post: Azərbaycanın özünü proqressiv və qərbyönümlü ölkə kimi göstərməsi səyləri kölgə altına alınıb


“Azərbaycanın özünü proqressiv və qərbyönümlü ölkə kimi göstərməsi səyləri kölgə altına alınıb. Belə ki, hökumət tərəfdarı siyasi partiya 75 yaşlı yazıçı Əkrəm Əylislinin qulağını kəsənə 12 min 700 dollar məbləğində mükafat vəd edib."

” Washington Post” qəzetində dərc edilən məqalədə deyilir ki, prezident İlham Əliyev yazıçı Əkrəm Əylislinin 20 il əvvəl yazdığı “Daş yuxuları” əsərinə görə “xalq yazıçısı” adından və Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdündən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin sərəncamında qeyd edilir ki, Əylisli müstəqillik illərində ona qarşı olan böyük etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycan tarixinin həqiqətlərini Azərbaycan yazıçısına yaraşmayan şəkildə təhrif edib. Azərbaycanın Milli Məclisi yazıçının azərbaycanlı olub-olmamamsının müəyyən edilməsi üçün onun DNK testindən keçirilməsini tələb edib.

Qəzet yazır ki, antaqonizm güclənməkdədir. ABŞ, Rusiya və Fransanın sülh səyləri baş tutmamasından sonra Azərbaycan hərbi təchizata milyardlarla dollar xərcləyir. Atəşkəsin pozulması adi hal alıb.

” Washington Post” bu yaxınlarda regiona səfər edən Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Veyn Merriyə istinadən yazır ki, Dağlıq Qarabağ müharibə astanasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG