Accessibility links

Washington Post qəzetində “Azərbaycana hər iki partiyanın dəstəyi lazımdır” adlı məqalə dərc edilib


Washington Post qəzetində “Azərbaycana hər iki partiyanın dəstəyi lazımdır” adlı məqalə dərc edilib
Washington Post qəzetində “Azərbaycana hər iki partiyanın dəstəyi lazımdır” adlı məqalə dərc edilib

10 il bundan əvvəl Milli Demokratiya institutunun nümayəndəsi kimi Azərbaycanda çalışan müəəlif Bakıda Respublikaçılar institutunun əməkdaşı Con Alvisin qətlini xatırlayaraq qeyd edir ki, onların o zaman yaxın əməkdaşlığı respublikaçılar və demokratların Azərbaycanda ümumi məqsədlər naminə birgə çalışa bildiyini nümayiş etdirirdi.

Müəəlif Azərbaycanda 10 il ərzində siyasi inkişafın olmadığını, prezident İlham Əliyevin mərhum atasından sonra hakimiyyəti ələ aldığını qeyd edir. O yazır ki, son saxta seçkilərə qədər müxalifət partiyalarının çox kiçik və zərərsiz hissəsinin parlamentdə təmsil olunmasına icazə verilirdi. Lakin indi Azərbaycan partlamentində müxalifətin bir nümayəndəsi belə təmsil olunmayıb.

Müəllifin yazdığına görə, bəzi qərb siyasətçiləri Azərbaycanda siyasi liberallığın o qədər də böyük əhəmiyyət daşımadığı ətrafında mübahisə aparırlar. “Onların fikrincə, Azərbaycanın Əfqanıstana tranzit yollar üzərində etibarlı tərəfdaş olması və ölkənin neft və qaz sərvətlərinə çıxış demokratiyadan daha üstündür. Əliyevlər ailəsi uzun müddətdir qəbul olunmuş bu fikirdən asılıdır və öz qərb tərəfdaşlarına açıqcasına deyirlər ki, Azərbaycan Birləşmiş Ştatlar və Avropada kimin demokratiya və insan hüquqları haqda nə düşündüyünə fikir vermir.”-deyə müəəlif yazır.

Lakin o qeyd edir ki, Azərbaycan üçün bu, eyni şey deyil. “Əliyevlər hamıdan yaxşı bilir ki, əgər onlar Moksva ilə daha yaxın münasibətlər qurmaq istəsə, Bakıda üsyan qalxa bilər.”-deyə o fikrini tamamlayır.

Müəllifin yazdığına görə, ABŞ-ın üç administrasiyası Amerikanın nüfuzu və potensial rıçaqlarının Azərbaycanda məhdud olduğuna asanlıqla inanmaq üçün kifayət qədər sadəlövh idi. “Azərbaycanlılar isə Birləşmiş Ştatların vətəndaş cəmiyyətinin tamamilə məhv olmaması üçün öz nüfuzundan istifadə edəcəyinə ümidlərini itirir. Əslində, qərbdən Əliyev rejiminə siyasi təzyiq göstərəcəyini gözləmək əvəzinə, 90 faizi şiə müsəlman olan daha çox azərbaycanlı dinə və bir əlac kimi Azərbaycanın cənub sərhəddində olan İrana üz tutur.”-deyə o qeyd edir.

Müəllif deyir ki, 10 il bundan əvvəl amerikalılar Floridada səsvermə bülletenlərini saydığı vaxt Con və o, İranı müasir siyasi islahatlar yoluna çıxara bilməyə kömək edəcək mütərrəqi Azərbaycanın olmasını səbirsizliklə gözləyirdi. O yazır ki, Azərbaycanın siyasi səhnəsi o zaman daha rəngarəng idi və “azərbaycanlıların çoxu hələ də nikbin idi ki, Moskvadan müstəqil olmaq qərblə daha yaxın əlaqələr deməkdir.” Bu isə onun yazdığına görə, “İranda milyonlarla azərbaycanlının öz ölkələrinin açıq olması səylərinə təsir göstərə bilərdi. Biz təəssüf ki, sonradan islamçı İranın Azərbaycan və bununla yanaşı öz qonşularına təsir edəcəyini qabaqcadan söyləyə bilməmişdik.”-deyə müəllif yazır.

O yazır ki, Amerikanın nüfuzunun Azərbaycanda güclü olduğu aydındır. “Dövlət Departamenti keçən ay seçkilərin beynəlxalq standartlara uyğun gəlmədiyini bəyan edəndə, Əliyev idarəsi qərbdən Biləşmiş Ştatların bununla nəyi nəzərdə tutduğunu soruşmağa başladı. Bəyanatdakı mesajı başa düşməyən Əliyev belə bir nəticə çıxardı ki, Vaşinqton üstüörtülü şəkildə bir ildən artıqdır həbsdə olan blogerlərin azad edilməsini istəyir. Azərbaycanın korrupsiyalaşmış rəhbərliyini əslində həbs edilməli olmayan fəalları azad etdiyinə görə mükafatlandırmaq və rəsmilərin azərbaycanlılarda Birləşmiş Ştatlar və onun demokratik müttəfiqlərinə inamın azalmasına imkan yaratmasına yol verməmək əvəzinə, ABŞ Azərbaycana indi müstəqil vətəndaş cəmiyyətini müdafiə etmək və bərabər siyasi təmsilçilik yoluna qədəm qoymaq üçün daha artıq iş görmək məqsədilə daha artıq təzyiq göstərməlidir.”

Məqaləni bitirən müəllif yazır:” Con və mən 2000-ci il seçkilərindən sonra mənəvi cəhətdən sarsılmış, lakin öz ölkələrini irəliyə doğru aparmaq üçün işi davam etdirmək əzmində olan demokratik ruhlu azərbaycanlılarla birgə işləyirdik. Con öz fəaliyyətinə görə Bakıdakı evində qətlə yetirildi. Vaşinqtonda çoxları partiya tərəfkeşliyinə üstün gəlməyin vacibliyi haqda danışdığı bir zaman, yəqin ki, respublikaçılar və demokratlar cəsarətli insanların həyatlarını riskə atdığı ölkələrdə demokratiyanın müdafiəsi naminə birgə işləmək üçün xüsusi strategiya üzərində düşünməlidir.”

XS
SM
MD
LG