Accessibility links

"Washington Post" yeni rəhbərlik altında [Video]


Washington Post yeni rəhbərlik altında
please wait

No media source currently available

0:00 0:02:13 0:00
Amazonun təsisçisi Ceff Bezosun Amerikanın ən populyar qəzetlərindən biri olan Washington Post-u alması xəbər dünyasında bir çoxlarının təəccübünə səbəb olub. Bəzi təhlilçilər bunun qəzetin mənafeyinə xidmət etdiyini deyir.

Ən son xəbərləri ilə tanınan Washington Post on illərdir nəşriyyatın nəhəngi hesab edilirdi. Son illərin tənəzzülünü yaşayan VP-un rəhbəri Donald Qraham işçilərinə qəzetin yeni rəhbərliyinin ona yeni imkanlar açdığını deyib. “Biz Washington Post-un həyatda qalacağını, onun xilas ediləcəyini bilirdik.”

Qəzetlər oxucularını itirir, gəlirlərini rəqibi onlayna həvalə edir.

Internet pioneri və Amazonun təsisçisi Ceffri Bezos dünyanın ən zəngin 11 adamından biridir. O, Washington Post-a 250 milyon dollar təklif edib. Bəziləri bunu vaxtında atılmış addım və ağıllı hərəkət kimi qiymətləndirir.
Ceff Bezos
Ceff Bezos

Yazıçı və media araşdırmaları üzrə professor Pol Levinsonun fikrincə, indi qəzetlərin rəqəmsal eraya qərq olduğu bir vaxtdır. “Qəzetlərin gələcəyi onlayndır. Bu, çapın məhv olacağı demək deyil. Qəzetlərin yaşamasına onların onlayn fəallığı yardım eədəcək. Bunu üçün Washington Post üçün Amazon edəcək.”

On illərdən sonra Qraham ailəsi estafetı Bezosa verir. Bezos bu ailəni və Washington Post -un işçilərini qəzetin missiyası və mahiyyətinin dəyişməyəcəyində, bütün fəaliyyətlərə menecmentin rəhbərlik edəcəyində əmin edib.

Topiks xəbər saytının icraçı direktoru Kris Tollesin dediyinə görə, Washington Post xəbər və ABŞ-ın siyası dünyasının mühüm səslərindəndir.“ Washington Post Amerikada xüsusi çəkisi olan, Konqres və prezidentlər tərəfindən oxunan 3 və ya 4 qəzetdən biridir."

Washington Post Uotergeyt qalmalı, Pentaqon xəbərləri, gizli kəşfiyyat proqramlarının ifşası ilə özünəməxsus güclü bir reputasiya qazanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG