Accessibility links

ABŞ-ın şərq bölgəsi güclü şaxta ilə üzləşib


Bu gün Arktika soyuq hava cərəyanı Birləşmiş Ştatların Şərq bölgəsində buz və güclü qar yağmasına səbəb olub. Mətin hava şəraiti səbəbindən 2500 təyyarə uçuşu təxirə salınıb. Vaşinqton və yaxınlıqdakı şəhərlərdə məktəblər, hökumət idarələri bağlanıb.

Milli Hava Xidməıtinin məlumatına görə, Mississipi vadisindən Karolina və orta Atlantika ştatlarından şərqə doğru irəliləyən güclü külək paytaxt Vaşinqtonda 25 sm-dək qarın yağması ilə müşayiət olunub. Havanın temperaturu Selsi ilə mənfi 7-10 dərəcəyədık düşüb.

Bu gün eləcə də Nyu-York və Boston şəhərlərində güclü qar yağıb və havanın temperaturu mənfi 5-7 dərəcədir.




XS
SM
MD
LG