Accessibility links

Uotergeyt Amerika tarixində ən böyük siyasi qalmaqal kimi yadda qalır və azad mətbuatın rolunu xatırlatmağa davam edir

İyunun 17-i prezident Riçard Niksonun istefasına gətirib çıxarmış Uotergeyt qalmaqalının 40 illiyi tamam oldu. Vaşinqtonda iki müxbirin araşdırmağa başladığı hadisə ABŞ hökumətində yüksək səviyyədə korrupsiya ilə bağlı cinayət işinin açılmasına və Konqres səviyyəsində təhqiqatların aparılmasına səbəb oldu.

1974-cü ildə Riçard Nikson ABŞ tarixində istefa vermiş ilk prezident oldu.

Cənab Niksonun Outergeyt qalmaqalının nəticəsi olaraq istefa verməsi ictimaiyyət tərəfindən şok kimi qarşılanmışdı.

40 il bundan əvvəl polis Demokrat partiyasının qərargahının yerləşdiyi Uotergeyt yaşayış kompleksində beş basqın aktının baş verdiyini aşkar etmişdi.

Demokrat partiyasının qərargahının sındırılmış qapısı hazırda Vaşinqtonda Xəbər və İnformasiya muzeyində nümayiş etdirilir.

“Washington Post” qəzetinin iki müxbiri Bob Budvord və Karl Bernşteyn qərargaha basqını təhqiq edərək, izlərin Ağ Evə çıxıb getdiyini aşkar etmişdilər.

Bu yaxınlarda Vaşinqtonda xəbər və İnformasiya muzeyində çıxış edən Bob Vudvord hadisələri və jurnalist təhqiqatının gedişini izah edərək deyib:”Biz demokratları izləmək və onların işini sabotaj etmək məqsədilə bu ölkədə azad seçki sistemini dağıtmağa yönəlmiş cinayətkar aktlarda iştirak edən adamların adlarını göstərdik.”

Prezident Nikson işdə əli olduğunu rədd edirdi.

Uotergeytin əks-sədası Hollivuddan gəldi. Bob Vudvord və Karl Bernşteynin jurnalist təhqiqatını əks etdirən “Prezidentin adamları” adlı kino-film ekranlara çıxdı.

Federal Təhqiqatlar bürosonun agenti Mark Felt 30 ildən sonra jurnalistlərə məlumatı ötürdüyünü etiraf etdi.

Bob Vudvordun sözlərinə görə, onun Mark Felt ona Uotergeytlə əlaqədar mühüm informasiya verərək, telefon danışıqlarının dinlənildiyi, bəzi adamların isə təhlükədə ola biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Prezident Niksonun istefasından on illər keçməsinə baxmayaraq, Uotergeyt hələ də Amerikada ən böyük siyasi qalmaqal kimi yadda qalır və azad mətbuatın rolunu xatırlatmağa davam edir.

XS
SM
MD
LG