Accessibility links

Vali: Qonşu ölkələrdəki münaqişələrin zərərini Qərbi Azərbaycan da çəkir


Qərbi Azərbaycanın valisi Qurbanəli Səadət
Qərbi Azərbaycanın valisi Qurbanəli Səadət

Qərbi Azərbaycanın valisi Qurbanəli Səadət vilayətdə adambaşına düşən gəlirin çox aşağı olduğunu bildirib

Qərbi Azərbaycan valisi Qurbanəli Səadət qonşu ölkələrdə cərəyan edən daxili müharibələrin vilayətə zərər verdiyini ifadə edib.

"Fars" xəbər agenliyinə istinadən, Urmiyə Universitetində keçirilən bir mərasimdə danışan vali vilayətdəki inflyasiya və ağır iqtisadi durum haqda danışıb.

Qərbi Azərbaycanın İranda əhalisinin gəlirinə görə ən aşağı və inflyasiyaya görə ən yüksək səviyyədə olan vilayətlər arasında olduğunu vurğulayan valinin söylədiklərinə görə, vilayət İran-İraq müharibəsi zamanı investisiya imkanlarını itirmişdir. O deyib ki, bu gün də qonşu ölkələrdə gedən münaqişələr Qərbi Azərbaycana təsir göstərir, investiya imkanlarının qarşısı alınır.

Vilayətin keçən illərdə qarşılaşdığı problemlərə diqqət çəkən Qurbanəli Səadət həmçinin Səddam rejimi dönəmində 580 min İraq vətəndaşının Qərbi Azərbaycan vilayətinə köç etməsindən söz açıb.

Cənab Səadət Qərbi Azərbaycanda adambaşına düşən gəlirin İranda orta səviyyədən çox aşağı olduğunu və bunun yarısını təşkil etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG