Accessibility links

Qərbi Azərbaycanda PEJAK və Sepah qarşıdurmasında 4 nəfər həlak olub


Kapıköy-Razi sərhəd məntəqəsi

Kapıköy-Razi sərhəd məntəqəsi

İRNA xəbər agentliyi hər tərəfdən iki nəfərin həlak olduğunu bildirib

İranın rəsmi xəbər agentliyi İRNA sentyabrın 7-də Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində PKK-nın İran qanadı olan PEJAK və Sepah arasında ortaya çıxan qarşıdurmada hər tərəfdən iki nəfərin həlak olduğunu bildirib.

İRNA-nın məlumatına əsasən, qarşıdurma Türkiyəyə yaxın Razi sərhəd məntəqəsi və Beləsu adlı kəndin yaxınlığında baş verib.

Xoy şəhərinin qubernatoru Hüseyn Sivani Əslin sentyabrın 8-də mətbuata verdiyi müsahibədə “iki Sepah qüvvəsinin şəhid, ikisinin isə yaralı olduğunu və PEJAK terrorçularından 2 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığını” bildirib.

Xoy-Van sərhədindəki Kapıköy-Razi sərhəd məntəqəsi Türkiyənin şərqində artan terror fəaliyyətləri nəticəsində 10 gün öncədən qapadılıb.

XS
SM
MD
LG