Accessibility links

Ağ Ev: Hələbdə hospital hücumuna görə Əsəd rejimi və Rusiya məsuliyyət daşıyır


Ağ Evin Milli Təhlükəsizlik müşaviri Suzan Rays Suriya rejimi və onları müdafiə edən ruslara xəbərdarlıq edib ki, Hələbdə hospitalın bombalanmasının məsuliyyəti onlar üzərində qalacaq.

"ABŞ tibbi infrastruktura və humanitar yardım işçilərinə qarşı faciəvi hücumu ən sərt ifadələrlə tənqid edir. Bu fəlakətin bəhanəsi ola bilməz" - deyə xanım Rays bildirib. "Suriya rejimi və onun müttəfiqləri, xüsusilə Rusiya bu addımın Suriya və regiona gətirəcəyi nəticələrinə görə məsuliyyət daşıyır" - deyə Suzan Rays fikrini tamamlayıb.

ABŞ tibbi infrastruktura və humanitar yardım işçilərinə qarşı faciəvi hücumu ən sərt ifadələrlə tənqid edir. Bu fəlakətin bəhanəsi ola bilməz. Suriya rejimi və onun müttəfiqləri, xüsusilə Rusiya bu addımın Suriya və regiona gətirəcəyi nəticələrinə görə məsuliyyət daşıyır.

Hələbə nəzarət edən üsyançılar Bəşər Əl-Əsəd ordusu və Rusiya hərbçilərinin şəhərdə hücumlar həyata keçirdiyini bildirib.

Üsyançıların yaydıqları məlumatda deyili ki, bunun nəticəsində qadınlar, uşaqlar, qocalar tibbi yardımdan məhrum olublar. Bəyanatda bütün dünyadan Hələbdə hərbi cinayətləri dayandırmaq üçün kömək istənilir.

Müxtəlif mənbələr bildirir ki, bu həftənin əvvəli Hələb şəhəri artilleriya atəşinə məruz qalıb. Suriyanın dövlət televiziyası hökumətin terrorçulara qarşı hücumlarını davam etdirəcəyini açıqlayıb.

Kreml Rusiya hava qüvvələrinin sakinlərə məxsus obyektləri və yaşayış evlərini bombalamadığını bildirir. Moskva mülki sakinlərin həlak olmasında üsyançıları günahkar bilir.

Beynəlxalq hüquq müdafiəçiləri və Qərb Suriyada mülki sakinlərin həlak olmasında Əsəd rejimini və Rusiyanı ittiham edərək yaşayış evlərinə zərbələr endirilməsini hərbi cinayət adlandırır.

Show comments

XS
SM
MD
LG