Accessibility links

Amerika musiqi ustaları əfsanəvi Utni Hyustonun ölümünü böyük itki kimi qarşılayır

  • Amerikanın səsi

Amerika musiqi ustaları əfsanəvi Utni Hyustonun ölümünü böyük itki kimi qarşılayır

Amerika musiqi ustaları əfsanəvi Utni Hyustonun ölümünü böyük itki kimi qarşılayır

Dəfələrlə Qremmi mükafatları laureatlı olmuş müğənni və aktrisa Uitni Hyustonun qəfil ölümü ABŞ-ın musiqi ustaları tərəfindən böyük itki kimi qarşılanıb.

Hyustonla uzun zaman onun prodüseri kimi çalışmış yaxın dostu Kliv Deyvis (Clive Davis) Qremmi mükafatlarının təqdimatı mərasimindən öncə Beverli Hill mehmanxanasında müğənninin xatirəsini anma mərasimində iştirak edib. Tədbirdə iştirak edən musiqiçilər onun xatirəsini anıblar. Hyustonun Missisipi ştatında yaşayan keçmiş həyat yoldaşı, müğənni Bobbi Broun Uitni Hyustonun ölümünü böyük kədər hissi ilə qarşılayıb.

Əfsanəvi müğınni Toni Bennet Uitni Hyustonu tanıdığı ən gözəl müğənni adlandırıb. Müğənni Smoki Robinson isə Uitni Hyustonu ən böyük müğənnilərdən biri olduğunu deyib.

Polisin verdiyi məlumata Uitni Hyuston şənbə günü Beverli Hill mehmanxanasında vəfat edib. Polis onun ölümünün səbəbinin məlum olmadığını bildirib. Hyustonun son zamanlar alkolol və narkotiklərdən istifadə etdiyi və bu səbəbdən reabilitasiya keçdiyi məlumdur.

Uitni Hyuston Los Anjelesdə musiqi dünyasının ən mühüm hadisələrindən biri olan Qremmi mükafatlarının təqdimatı mərasimindən öncə vəfat edib. Müğənni altı dəfə Qremmi mükafatının qalibi olmuşdur. Bazar günü yayımlanacaq mərasimdə müğənni Cennifer Hadson Uitni Hyustonun xatirəsinə mahnı ifa edəcək. Uitni Hyuston dünyada ən çox albomların satılan müğənnilərdən biri idi. Onun albomlarının 170 milyon nüsxəsi satılmışdır.

XS
SM
MD
LG