Accessibility links

Yeni ev modeli: WikiHouse [Video]


Yeni ev modeli: WikiHouse
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Dünya əhalisinin sayının 2030-cu ilədək 8 milyarda çatacağı təxmin edilir və mənzillə təmin olunmaq artıq şəhər mərkəzlərində böyük problemə çevrilib. Ənənəvi yolla yeni ev tikmək isə həftələr, bəzən də aylarla vaxt aparır.

London yaxınlığında bir qrup könüllü WikiHouse adlanan faner panellər və hissələrdən ev tikirlər. Bütün hissələr əvvəlcədən CNC adlanan Kompüter Rəqəm Nəzarəti maşını tərəfindən internetdən yüklənən pulsuz plan əsasında kəsilib.

Birləşmiş Krallıqda yerləşən WikiHouse təşkilatının rəhbəri memar dizayner Alaster Parvin deyir ki, bu münasib qiymətə evə sahib olmaq problemini həll edə bilər.

Alaster Parvin: "WikiHouse mahiyətcə texnologiyaya əsaslanır. Bizim hədəfimiz hər kəsin yüksək keyfiyyətli evlər tikə bilmə prosesini asanlaşdırmaqdır. Biz internet və 3D kimi rəqəmsal texnologiya ilə buna nail olmuşuq."

Hissələrin dəqiq kəsilməsi onların quraşdırılmasını asanlaşdırır və quraşdırma prosesini sürətləndirir. Bunun üçün hətta xüsusi alətə də ehtiyac yoxdur.

WikiHouse 10 gün ərzində sərgi üçün hazır vəziyyətə gətirilib. Daha sonra hissələrə ayrılaraq başqa yerdə daimi quraşdırılması üçün götürüləcək.

Pərvin deyir ki, hər şey internetdə yerləşdirilən çertiyojdan aslıdır.

Alaster Parvin: "Hər kəsin əldə edə biləcəyi softveyr istifadə üçün tam hazırdır. O bir çox softveyrlərdə işləyir. Beləliklə biz fiziki əşyalar üçün Wikipediaya bənzər mənbə qururuq."

Pərvin deyir ki, layihə hələ erkən mərhələdədir və məhduddur. Ancaq ümid edir ki, heç bir qabiliyyətə ehtiyac olmadan tikilə bilən evlərə maraq ardıqca bu layihə böyüyəcək.

XS
SM
MD
LG