Accessibility links

Culian Assanj İsveçə ekstradiya edilməmək üçün apellyasiya prosesini davam etdirə biləcək


Culian Assanj İsveçə ekstradiya edilməmək üçün apellyasiya prosesini davam etdirə biləcək
Culian Assanj İsveçə ekstradiya edilməmək üçün apellyasiya prosesini davam etdirə biləcək

Britaniyanın Ali Məhkəməsi “WikiLeaks”in təsisçisinin İsveçə ekstradisiya edilməmək üçün işi davam etdirə bildiyi haqda qərar çıxarıb

Britaniyanın Ali Məhkəməsi “WikiLeaks”in təsisçisi Culian Assanjın İsveçə ekstradisiya edilməmək üçün işi davam etdirə bildiyi haqda qərar çıxarıb.

Zəmanətlə azadlığa buraxılmış Assanja qarşı İsveçdə iki qadın seksual təcavüz iddiası ilə bağlı iş qaldırıb. Assanj günahkar olmadığını deyərək, seksual əlaqənin qarşılıqlı razılıq əsasında baş verdiyi bildirir. O, iddiaların siyasi motivlərlə əlaqədar olduğunu bildirir.

Bu gün məhkəmədə qərar çıxarılarkən hakim Assanjın işin ictimiayyət üçün xüsusi maraq təşkil etdiyinə dair arqumenti ilə razılaşıb. İndi Ali Məhkəməyə apellyasiya ilə müracitə etmək üçün Assanjın 14 gün vaxtı var.

İsveçdə hakimlər Assanja qarşı heç bir cinayət işi qaldırmayıblar, lakin işlə bağlı ona suallar vermək istəyirlər.

“WikiLeaks” kompyuterin məlumat bazasından ABŞ-ın yüz minlərlə diplomatik və hərbi teleqramlarını açıqlaayıb. ABŞ rəsmiləri Assanjın qanunları pozub-pozmadığını təhlil edirlər.

XS
SM
MD
LG