Accessibility links

Wikileaks ABŞ hökumətinin İran aliminin beynəlxalq iqlim dəyişikliyi heyətinə üzv seçilməsinə mane olduğunu bildirir

Wikileaks-in açıqladığı sənədlərə əsasən ABŞ hökuməti İran aliminin beynəlxalq iqlim dəyişikliyi heyətinə üzv seçilməsinə mane olub.Gardian qəzetinin yazdığına görə, Amerikanın lobbiçilik etdiyi BMT-nin iqlim dəyişikliyi heyətinin rəhbəri Rajendra Paçauri Mustafa Cəfərinin heyətin həmsədri vəzifəsinə təyin edilməsinə yol verməyib. 2008-ci ilin sənədləri ilə bağlı Paçauri Amerikanın mövqeyini dəstəklədiyini inkar edib. Onun sözçücü Gardian qəzetinə heyətin rəhbərinin heç vaxt təsir altında fəaliyyət göstərmədiyini və bunun onun mandatına zidd olduğunu bildirib. Sənədlərdə Cəfəri bu vəzifəyə layiq bir alim adlandırılır, lakin onun İran hökumətinə çalışmasının iqlim dəyişikliyi heyətinə seçilməsini çətinləşdirdiyi deyilir.

XS
SM
MD
LG