Accessibility links

Wikileaks:İran İsrailə 10-12 dəqiqə ərzində hücum edə bilər

  • Amerikanın səsi

Wikileaks:İran İsrailə 10-12 dəqiqə ərzində hücum edə bilər

Wikileaks:İran İsrailə 10-12 dəqiqə ərzində hücum edə bilər

Wikileaks saytında açıqlanmış ABŞ-ın məxfi diplomatik sənədlərinə əsasən, İsrail İranın ölkəyə qarşı 10-12 dəqiqə ərzində raket hücumu həyata keçirə biləcəyinə inanır. Norveçin Avtenposten gündəlik qəzeti ABŞ-ın Tel-Əvivdəki səfirliyindən göndərilmiş teleqramın mətnini dərc edib. Burada məsələnin 2009-cu ilin noyabrın ayının 15-də Amerika konqresmenlərindən ibarət nümayəndə heyəti və İsrailin hərbi lideri ilə müzakirə olunduğu bildirilir. Qəzetə istinadən, Qabi Aşkenazi nümayəndə heyətini üzvlərinə deyib ki, İran İsraili hədəf ala biləcək Şihab 300 tipli raketlərə malikdir. O əlavə edib ki, İsrail üçün ən böyük təhlükəni İranın himayə etdiyi Qəzza zolağında Həmas qrupu və Livanda Hizbullah təşkilatıdır. Onların hər biri İsrail ərazisində hər hansı bir nöqtəyə çata biləcək 40 000 raketə malikdir. Teleqrama əsasən, Aşkenazi deyib ki, İsrail öz ordusunu Yaxın Şərqdə böyük müharibəyə hazırlayıb. O həmçinin deyib ki, İsrail orduru mümkün hədəfləri müəyyən etmək üçün Livan ərazisi üzərində pilotsuz idarə olunan təyyarələrin uçuşlarını keçirib.

XS
SM
MD
LG