Accessibility links

Wikileaks ABŞ hökumətinə məxsus milyonlarla məxfi sənədi açıqlamağı planlaşdırır


Wikileaks-in banisi Culian Assanj

Wikileaks-in banisi Culian Assanj

ABŞ dövlət katibi Hillari Klinton Wikileaks vebsaytının milyonlarla məxfi və potensial olaraq rüsvayedici xarakter daşıyan diplomatik teleqramları açıqlaması ərəfəsində bir neçə ölkənin rəhbərlikləri ilə təmas qurub. Dövlət Departamentinin sözçüsü P.J. Krouli xanım Klintonun Almaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Britaniya, Fransa və Əfqanıstan liderləri ilə əlaqə saxladığını xəbər verib. Yüksək rütbəli İsrail rəsmisinə istinad edən Haaretz qəzeti teleqramlar sırasında ABŞ-ın Tel Əvivdəki səfirliyindən göndərilmiş məxfi sənədlərin yer aldığını yazır. Londonda qərargahlanan Əl-Hayat qəzeti bildirir ki, açıqlanan sənədlər ABŞ-ın PKK-ya dəstək verdiyini göstərəcək. Wikileaks-in sənədləri nə vaxt ictimaiyyətə açıqlayacağı bəlli deyil. Vebsayt Twitter vasitəsilə 3 milyon sənədi yaxın günlərdə dərc etməyi planlaşdırdığını xəbər verib.

XS
SM
MD
LG