Accessibility links

WikiLeaks:BP Azərbaycanda qaz sızması haqda informasiyanı gizlətməyə çalışıb

  • Amerikanın səsi

WikiLeaks:BP Azərbaycanda qaz sızması haqda informasiyanı gizlətməyə çalışıb

WikiLeaks:BP Azərbaycanda qaz sızması haqda informasiyanı gizlətməyə çalışıb

WikiLeaksin açıqladığı ABŞ-ın məxfi teleqramında deyilir ki, Britaniyanın neft şirkəti BP Birləşmiş Ştatların Meksika körfəzində fəlakətli neft sızmasından18 ay öncə Azərbaycanda eyni tipli problemlə qarşılaşıb, lakin bu haqda informasiyanı gizlədib. Məxfi teleqramlarda deyilir ki, Azəri-Çıraq-Günəşli yatağında qaz sızmasından az sonra BP-nin problemin ictmiayyətə və tərəfdaşlarına məlum olmaması üçün informasiyanın yayılmamasına xüsusi ehtiyat göstərib. Azərbaycandan göndərilən teleqramda göstərilir ki, BP qaz sızmasından sonra 200 nəfəri hadisə yerindən evakuasiya etməyə nail olmuşdu. Teleqramlar Britaniyanın Guardian qəzetində dərc edilib.

XS
SM
MD
LG