Accessibility links

Dövlət katibi Klinton Wikileaks saytında məxfi sənədlərin açıqlanmasını qınayıb

  • Amerikanın səsi

ABŞ Dövlət katibi Hillari Klinton Wikileaks saytında məxfi sənədlərin açıqlanması ilə bağlı bəyanat verir. ABŞ Dövlət Departamenti, Vaşinqton, 29 noyabr 2010

ABŞ Dövlət katibi Hillari Klinton Wikileaks saytında məxfi sənədlərin açıqlanması ilə bağlı bəyanat verir. ABŞ Dövlət Departamenti, Vaşinqton, 29 noyabr 2010

Xanım Klinton deyib ki, sənədlərin açıqlanması insanların həyatını təhlükə altında qoyur, milli təhlükəsizliyə hədə törədir və Amerikanın başqa ölkələrlə birgə problemlərin həlli səylərinə mane olur

Birləşmiş Ştatlar WikiLeaks saytında ABŞ-ın yüz minlərlə məxfi diplomatik sənədlərinin açıqlanmasını qınayıb. ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, sənədlərin açıqlanması Amerikanın xarici siyasət maraqları və beynəlxalq ictimiayyətə hücumdur. Onun sözlərinə görə, Birləşmiş Ştatlar informasiyanı oğurlayan şəxslərin məsuliyyətə cəlb olunması üçün ciddi addımlar atır və bunun bir də baş verməməsi üçün iş aparır. Xanım Klinton deyib ki, sənədlərin açıqlanması insanların həyatını təhlükə altında qoyur, milli təhlükəsizliyə hədə törədir və Amerikanın başqa ölkələrlə birgə problemlərin həlli səylərinə mane olur. Klintonun sözlərinə görə, o açıq şəkildə bəyan etmək istəyir ki, ABŞ-ın xarici siyasəti açıqlanmış məxfi sənədlərlə müəyyən olmur və Birləşmiş Ştatların siyasəti ictimaiyyətə açıqdır. Ağ Evin mətbuat katibi Robert Gibbs deyib ki, informasiyanın oğurlanması və açıqlanmasına cəlb olunanlar cinayətkarlardır. ABŞ-ın Baş prokuroru Erik Holder informasiyanın açıqlanması ilə bağlı cinayət işinin qaldırıldığını bildirib.

XS
SM
MD
LG