Accessibility links

İsveçrə bankının işçisi Wikileaks-ə siyasətçilər və xaricilərin hesabları ilə bağlı məlumat ötürüb


İsveçrə bankının işçisi Wikileaks-ə siyasətçilər və xaricilərin hesabları ilə bağlı məlumat ötürüb
İsveçrə bankının işçisi Wikileaks-ə siyasətçilər və xaricilərin hesabları ilə bağlı məlumat ötürüb

İsveçrə bankının keçmiş bankiri Rudolf Elmer siyasətçilər, xaricilər və vergidən yayınan yatırım fondlarının bank hesabları ilə bağlı minlərlə məlumatı WikiLeaks-ə ötürüb. O, informasiyanın olduğu diskləri WikiLeaks-in təsisçisi Culian Assanja verib.

Assanj bildirib ki, məlumatlar təsdiq edildikdən sonra WikiLeaks saytında açıqlanacaq. Onun sözlərinə görə, informasiyanın toplanması və açıqlanması həftələr sürə bilər.

Elmer diskləri Assanja Londonda Frontline klubunda verib. O, informasiyanı Kayman adalarında İsveçrənin özəl banklarından biri olan Bank Julius Baer bankının filialında işlədiyi zaman toplayıb. Hazırda Elmer bankda işləmir. Onun sözlərinə görə, disklərdə 1990-2009-cu illər arasında bankın 2000 müştərisi haqda informasiya var. O deyib ki, İsveçrə banklarının məxfilik haqda qanunları cəmiyyətə mənfi təsir göstərir.

XS
SM
MD
LG