Accessibility links

Məxfi diplomatik sənədlərdə ABŞ və Almaniyanın peyk proqramı üzərində işlədiyi deyilir (Yenilənib)

  • Amerikanın səsi

Məxfi diplomatik sənədlərdə ABŞ və Almaniyanın peyk proqramı üzərində işlədiyi deyilir (Yenilənib)

Məxfi diplomatik sənədlərdə ABŞ və Almaniyanın peyk proqramı üzərində işlədiyi deyilir (Yenilənib)

Almaniya Birləşmiş Ştatlarla məxfi kəşfiyyat peyk sisteminin yaradılması üzərində işləiyi haqda iddiaları rədd edib. Almaniyanın aeronavtika mərkəzindən bu gün bildirilib ki, nə gizli şəkildə, nə də casusluq məqsədlərilə belə bir peyk proqramı mövcud deyil. Bu gün Norveçin gündəlik Aftenposten qəzetində ABŞ-ın məxfi diplomatik sənədlərinə əsasən, Birləşmiş Ştatlar və Almaniyanın Fransa kimi ölkələrin güclü etirazına baxmayaraq, birgə kəşfiyyat peyk sistemini inkişaf etdirmək üzərində işlədyi haqda məlumat verib. Qəzet ABŞ-ın 250 000 məxfi diplomatik sənədini açıqlamış WikiLeaks saytına tam çıxış əldə etdikdən sonra bu haqda məlumat verib. Aftenposten-ə əsasən, ABŞ-ın Berlindəki səfirliyindən görəndilən diplomatik teleqramda peyklər 2013-cü ilə qədər funksiya göstərə bilər. Mübahisəli xarakterinə görə, ABŞ və Almaniya rəsmiləri bunu ictimaiyyətə ətraf mühitin müdafiə edilməsinə xidmət edəcək mülki proqram kimi təqdim etməyi düşünüblər. Əslində isə, telqramlarda göstərildiyi kimi, lahiyəyə bütünlüklə Almaniyanın kəşfiyyat xidməti və aeronaftika mərkəzinin nəzarətindədir.2009-cu ilin fevral ayından 2010-cu ilin fevral ayına qədər göndərilmiş teleqramlarda bir sıra ölkələr, xüsusilə də Fransanın layihəni dayandırmağa çalışdığı bildirilir.

XS
SM
MD
LG