Accessibility links

WikiLeaks ABŞ-ın Özbəkistanda korrupsiya və insan hüquqlarının vəziyyətindən narahatlığını bildirən sənədləri açıqlayıb

  • Amerikanın səsi

WikiLeaks saytında dərc edilmiş yeni diplomatic sənədlərdə ABŞ-ın Özbəkistanda korrupsiya və insan hüquqlarının vəziyyətilə bağlı narahatlığı ifadə edilir. Britaniyanın Guardian qəzetində dərc edilən sənədlərdə Özbəkistan mütəşəkkil cinayət və hökumət arasında yaxın əlaqələrin olduğu ölkə kimi göstərilir. Burada həmçinin ölkədə ictimai və özəl sektorlarda iş yerlərinin satılıb-alındığı deyilir. ABŞ-ın gizli məxfi sənədlərinə əsasən, Özbəkistan prezidenti İslam Kərimov Dövlət katibi Hillari Klintonun özbək insan haqları fəalına mükafat verməsindən sonra Əfqanıstandakı NATO qüvvələri üçün yüklərin transit daşınmasını dayandırıacağı ilə hədələyib. Sənədlərdə həmçinin deyilir ki, cənab Kərimovun qızı Gülnara ölkədə ən çox nifrət edilən şəxs kimi tanınaraq, yerli biznes şirkətlərindən özü üçün pay almaq məqsədilə onlara təzyiq göstərir. ABŞ hökuməti WikiLeaks saytında məxfi sənədlərin açıqlanmasını qınayaraq, bunun ABŞ-ın milli maraqlarına zərər vurduğunu bildirib.

XS
SM
MD
LG